Bakı. 25 yanvar. REPORT.AZ/ Yanvarın 24-də Hollandiyanın Veyk-an-Zee şəhərində "Tata Steel Chess" şahmat superturnirinin 10-cu turu keçirilib.
“Report” xəbər verir ki, Azərbaycanı yarışda təmsil edən Şəhriyar Məmmədyarov bu turda çinli Din Lijenlə qarşılaşıb və partiya heç-heçə başa çatıb.
Yarışda çıxış edən digər qrossmeysterimiz Teymur Rəcəbov da heç-heçə ilə razılaşıb. Onun rəqibi amerikalı Sem Şenklend olub.
Tata Steel Chess
Veyk-an-Zee, Hollandiya
10-cu tur
Maqnus Karlsen (Norveç) – Vişvanatan Anand (Hindistan) – 1:0
Yan-Kşiştof Duda (Polşa) – Rixard Rapport (Macarıstan) – 0:1
Din Lijen (Çin) – Şəhriyar Məmmədyarov (AZƏRBAYCAN) – 0,5:0,5
Santoş Vidit (Hindistan) – Vladimir Kramnik (Rusiya) - 1:0
Yorden van Forest (Hollandiya) - Yann Nepomnyaşi (Rusiya) - 1:0
Vladimir Fedoseyev (Rusiya) – Aniş Giri (Hollandiya) – 0:1
Sem Şenklend (ABŞ) – Teymur Rəcəbov (AZƏRBAYCAN) – 0,5:0,5
Turnir cədvəli: Karlsen – 7, Giri – 6,5, Anand, Nepomnyaşi, Lijen – 6, Rəcəbov, Vidit – 5, Duda, Fedoseyev, Şenklend, Rapport – 4,5, Məmmədyarov, van Forest – 4, Kramnik – 2,5.