Yuxarı

WADA Moskva Antidopinq Laboratoriyasının işini dayandırıb

​Ümumdünya Antidopinq Agentliyi (WADA) Moskva Antidopinq

Ümumdünya Antidopinq Agentliyi (WADA) Moskva Antidopinq Laboratoriyasının işini müvəqqəti dayandırıb.

"Report"un TASS-a istinadən verdiyi məlumata görə, Rusiya laboratoriyası artıq qan nümunələrini analiz edə, idmançıların bioloji pasportları ilə əlaqədar digər prosesləri həyata keçirə bilməyəcək. Qərar intizam araşdırması bitənədək qədər qüvvədə qalacaq.

Qeyd edək ki, 2019-cu il dekabrın 9-da WADA İcraiyyə Komitəsi Rusiyanın beynəlxalq yarışlardan 4 il müddətinə kənarlaşdırıması ilə bağlı qərar çıxarıb. Buna Rusiyada Moskva Antidopinq Laboratoriyasının məlumatları saxtalaşdırması səbəb göstərilib. Üstəlik Rusiya Antidopinq Agentliyinə (RUSADA) uyğunluq statusu da verilməyib. Rusiya tərəfi isə bu ittihamlarla rəsmi şəkildə razılaşmayıb. Məsələ İdman Arbitraj Məhkəməsində araşdırılır. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi