WADA Moskva Antidopinq Laboratoriyasının işini dayandırıb

WADA Moskva Antidopinq Laboratoriyasının işini dayandırıb Ümumdünya Antidopinq Agentliyi (WADA) Moskva Antidopinq Laboratoriyasının işini müvəqqəti dayandırıb.
Fərdi
23 Yanvar , 2020 11:06
WADA Moskva Antidopinq Laboratoriyasının işini dayandırıb

Ümumdünya Antidopinq Agentliyi (WADA) Moskva Antidopinq Laboratoriyasının işini müvəqqəti dayandırıb.

"Report"un TASS-a istinadən verdiyi məlumata görə, Rusiya laboratoriyası artıq qan nümunələrini analiz edə, idmançıların bioloji pasportları ilə əlaqədar digər prosesləri həyata keçirə bilməyəcək. Qərar intizam araşdırması bitənədək qədər qüvvədə qalacaq.

Qeyd edək ki, 2019-cu il dekabrın 9-da WADA İcraiyyə Komitəsi Rusiyanın beynəlxalq yarışlardan 4 il müddətinə kənarlaşdırıması ilə bağlı qərar çıxarıb. Buna Rusiyada Moskva Antidopinq Laboratoriyasının məlumatları saxtalaşdırması səbəb göstərilib. Üstəlik Rusiya Antidopinq Agentliyinə (RUSADA) uyğunluq statusu da verilməyib. Rusiya tərəfi isə bu ittihamlarla rəsmi şəkildə razılaşmayıb. Məsələ İdman Arbitraj Məhkəməsində araşdırılır. 

Son xəbərlər

Orphus sistemi