Bakı. 19 yanvar. REPORT.AZ/ Mütləq Döyüş Çempionatının (UFC) təşkilatçıları yeni döyüş kəmərini təqdim ediblər.
“Report”un məlumatına görə, bu il qalib idmançılara veriləcək 4,7 kq-lıq kəmər təbii dəridəndir. Sol tərəfdən çempionunun adı, çəki dərəcəsi, həmçinin qalib ölkənin bayrağı həkk olunacaq.
Kəmərin kənarları daşlarla bəzədilmişdir. İdmançı hər dəfə titulu qoruduqdan sonra daş qırmızı yaqutla əvəzlənəcək.