UFC yeni döyüş kəmərini təqdim edib

UFC yeni döyüş kəmərini təqdim edib Bakı. 19 yanvar. REPORT.AZ/ Mütləq Döyüş Çempionatının (UFC) təşkilatçıları yeni döyüş kəmərini təqdim ediblər.
Fərdi
19 Yanvar , 2019 09:40
UFC yeni döyüş kəmərini təqdim edib

Bakı. 19 yanvar. REPORT.AZ/ Mütləq Döyüş Çempionatının (UFC) təşkilatçıları yeni döyüş kəmərini təqdim ediblər.

“Report”un məlumatına görə, bu il qalib idmançılara veriləcək 4,7 kq-lıq kəmər təbii dəridəndir. Sol tərəfdən çempionunun adı, çəki dərəcəsi, həmçinin qalib ölkənin bayrağı həkk olunacaq.

Kəmərin kənarları daşlarla bəzədilmişdir. İdmançı hər dəfə titulu qoruduqdan sonra daş qırmızı yaqutla əvəzlənəcək.

Son xəbərlər

Orphus sistemi