Yuxarı

"ShamkirChess 2018"in iştirakçıları yeniyetmə şahmatçılar üçün seans keçiriblər

Bakı. 25 aprel. REPORT.AZ/ Vüqar Həşimovun xatirəsinə həsr olunan "ShamkirChess 2018" superturnirinin iştirakçıları Şəmkirdə yerləşən Zəka Gənclər Mərkəzində yeniyetmələr və şahmat həvəskarları üçün seans keçiriblər. 

Superturnirin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, yeniyetmə şahmatçılarla görüşdə Şəhriyar Məmmədyarovla Rauf Məmmədov, eləcə də dünya çempionu Maqnus Karlsen, Rusiya təmsilçisi Sergey Karyakin, Çexiya qrossmeysteri David Navara iştirak ediblər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi