Serena Uilyams "US Open"in finalında davranışına görə 17 min dollar cərimələnib - VİDEO

Serena Uilyams "US Open"in finalında davranışına görə 17 min dollar cərimələnib - VİDEO Bakı. 10 sentyabr. REPORT.AZ/ Amerika tennisçisi Serena Uilyams yaponiyalı Naomi Osakaya uduzduğu ABŞ Açıq çempionatının (US Open) final matçının yekununda 17 min dollar məbləğində cərimə edilib.
Fərdi
10 Sentyabr , 2018 07:00
Serena Uilyams US Openin finalında davranışına görə 17 min dollar cərimələnib - VİDEO

Bakı. 10 sentyabr. REPORT.AZ/ Amerika tennisçisi Serena Uilyams yaponiyalı Naomi Osakaya uduzduğu ABŞ Açıq çempionatının (US Open) final matçının yekununda 17 min dollar məbləğində cərimə edilib.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə "Associated Press" məlumat yayıb.

Mövsümün Böyük Dəbilqə seriyalı sonuncu tennis turnirinin final matçı 6:2, 6:4 hesabı ilə 20 yaşlı yaponiyalının xeyrinə başa çatıb.

Birinci setin gedişatında 36 yaşlı amerikalı məşqçinin kənardan ona gizlicə nəsə deməsinə görə cəzalandırılıb. İkinci setdə Uilyams raketkasını sındırıb və cərimə xalı alıb, hesab 4:3 rəqibin xeyrinə olanda isə o, hakim Karlos Ramosla uzun-uzadı mübahisə edərək onu yalnış qərar verməkdə və cinsiyyətçilikdə ittiham edib və bunun qarşılığında da cərimə zərbəsi alıb.

Son xəbərlər

Orphus sistemi