Yuxarı

Şəhriyar Məmmədyarov "Tata Steel Chess" turnirində dördüncü qələbəsini qazanıb

Bakı. 20 yanvar. REPORT.AZ/ Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov Hollandiyanın Veyk-an-Zeye şəhərində keçirilən "Tata Steel Chess" festivalında dördüncü qələbəsini qazanıb.

"Report"un məlumatına görə, 33 yaşlı qrossmeyster VII turda ağ fiqurlarla çinli Vey İni məğlub edib. Rəqib 30-cu gedişdə təslim olub.

Bununla da xallarını 5,5-ə çatdıran Məmmədyarov vahid liderliyini davam etdirib. O, ən yaxın izləyicilərini 1 xal geridə qoyub.

Qeyd edək ki, VIII turda Şəhriyar Məmmədyarov qara fiqurlarla hollandiyalı Aniş Giriyə rəqib olacaq. Görüş yanvarın 21-də keçiriləcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi