Şəhriyar Məmmədyarov "Tata Steel Chess" turnirində dördüncü qələbəsini qazanıb

Şəhriyar Məmmədyarov "Tata Steel Chess" turnirində dördüncü qələbəsini qazanıb Bakı. 20 yanvar. REPORT.AZ/ Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov Hollandiyanın Veyk-an-Zeye şəhərində keçirilən Tata Steel Chess festivalında dördüncü qələbəsini qazanıb.
Fərdi
20 Yanvar , 2018 20:48
Şəhriyar Məmmədyarov Tata Steel Chess turnirində dördüncü qələbəsini qazanıb

Bakı. 20 yanvar. REPORT.AZ/ Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov Hollandiyanın Veyk-an-Zeye şəhərində keçirilən "Tata Steel Chess" festivalında dördüncü qələbəsini qazanıb.

"Report"un məlumatına görə, 33 yaşlı qrossmeyster VII turda ağ fiqurlarla çinli Vey İni məğlub edib. Rəqib 30-cu gedişdə təslim olub.

Bununla da xallarını 5,5-ə çatdıran Məmmədyarov vahid liderliyini davam etdirib. O, ən yaxın izləyicilərini 1 xal geridə qoyub.

Qeyd edək ki, VIII turda Şəhriyar Məmmədyarov qara fiqurlarla hollandiyalı Aniş Giriyə rəqib olacaq. Görüş yanvarın 21-də keçiriləcək.

Son xəbərlər

Orphus sistemi