Yuxarı

​"Rio-2016"nın medalları təqdim olunub - FOTO

Medalların çəkisi 500 qramdır

Bakı. 15 iyun. REPORT.AZ/ 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarının medalları ictimaiyyətə təqdim edilib. 

"Report"un "Ria Novosti"yə istinadən verdiyi məlumata görə, medallar Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Baxın iştirak etdiyi mətbuat konfransında nümayiş olunub.

Hər bir medalın çəkisi 500 qramdır. Qızıl medalların tərkibinə kənar maddələr qatılmasa da, gümüş və bürünc medalların tərkibinin 30%-i təkrar materiallardan ibarətdir.

Ümumilikdə olimpiada zamanı 2 488 medal təqdim olunacaq, onlardan 812-si qızıl və eyni sayda gümüş, 864-ü isə bürüncdür.

Qeyd edək ki, "Rio-2016" avqustun 5-21-də keçiriləcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi