​"Rio-2016"nın medalları təqdim olunub - FOTO

​"Rio-2016"nın medalları təqdim olunub - FOTO Medalların çəkisi 500 qramdır
Fərdi
15 İyun , 2016 11:52
​Rio-2016nın medalları təqdim olunub - FOTO

Bakı. 15 iyun. REPORT.AZ/ 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarının medalları ictimaiyyətə təqdim edilib. 

"Report"un "Ria Novosti"yə istinadən verdiyi məlumata görə, medallar Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Baxın iştirak etdiyi mətbuat konfransında nümayiş olunub.

Hər bir medalın çəkisi 500 qramdır. Qızıl medalların tərkibinə kənar maddələr qatılmasa da, gümüş və bürünc medalların tərkibinin 30%-i təkrar materiallardan ibarətdir.

Ümumilikdə olimpiada zamanı 2 488 medal təqdim olunacaq, onlardan 812-si qızıl və eyni sayda gümüş, 864-ü isə bürüncdür.

Qeyd edək ki, "Rio-2016" avqustun 5-21-də keçiriləcək.

Son xəbərlər

Orphus sistemi