Bakı. 8 sentyabr. REPORT.AZ/ Azərbaycanlı atlet Ramil Quliyev qitələrarası dünya çempionatında 200 metr məsafəyə qaçışda ikinci yeri tutub.
"Report" xəbər verir ki, 28 yaşlı idmançı Çexiyanın Ostrava şəhərində təşkil olunan yarışda 20.28 saniyə ilə ikinciliyi əldə edib. Panamalı Alonso Edvard isə 20.19 saniyə ilə birinci olub.
Qeyd edək ki, Beynəlxalq Yüngül Atletika Federasiyaları Assosiasiyasının (IAAF) təşkil etdiyi yarışda qitələr mübarizə aparır. Türkiyə millisinin heyətində dünya və Avropa çempionu olan Ramil Quliyev Avropa komandasının heyətində yer alıb.
*** 09:18
Bu gün azərbaycanlı atlet Ramil Quliyev Çexiyanın Ostrava şəhərində keçiriləcək qitələrarası dünya çempionatında iştirak edəcək.
"Report" xəbər verir ki, 200 metr məsafəyə qaçışda Türkiyə millisinin heyətində dünya və Avropa çempionu olan 28 yaşlı idmançı Avropa qitəsinin heyətində yer alacaq.
Qeyd edək ki, Beynəlxalq Yüngül Atletika Federasiyaları Assosiasiyasının (IAAF) təşkil etdiyi yarışda qitələr mübarizə aparacaq. Qitələrarası dünya çempionatı sentyabrın 8-9-da keçiriləcək.