Yuxarı

Qubada cüdo üzrə bölgə birinciliyi keçirilib

Yarışların açılış mərasimində ACF və icra hakimiyyəti rəsmiləri çıxış ediblər
© Judo.az

Bakı. 13 oktyabr. REPORT.AZ/ Cüdo üzrə bölgə birinciliyi yarışları bu dəfə Qubada davam etdirilib.

"Report"un məlumatına görə, Azərbaycan Cüdo Federasiyasının (ACF) dəstəyi ilə təşkil olunan yarışda Quba, Qusar, Şabran, Siyəzən, Xaçmaz, Xızı və Abşeron rayonlarının yeniyetmə idmançıları qatılıb.

Birincilikdə iki yaş qrupu üzrə oğlan və qız cüdoçular medallar uğrunda mübarizə aparırlar. Yarışların açılış mərasimində ACF və Quba rayon icra hakimiyyəti rəsmiləri, eləcə də tanınmış mütəxəssislər çıxış edərək ölkədə dövlət səviyyəsində idmana göstərilən qayğını xüsusi vurğulayıblar. Onlar cüdoçuların son vaxtlar beynəlxalq yarışlardakı nailiyyətlərindən söhbət açıblar.

Şimal - Şərq bölgəsinin tanınmış idman mütəxəssisləri, məşqçilər göstərilən diqqət və dəstəyə görə ACF rəhbərliyinə təşəkkürlərini bildiriblər. Qaliblərə federasiyanın diplomları, medallar və hədiyyələr təqdim olunub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi