Qubada cüdo üzrə bölgə birinciliyi keçirilib

Qubada cüdo üzrə bölgə birinciliyi keçirilib Yarışların açılış mərasimində ACF və icra hakimiyyəti rəsmiləri çıxış ediblər
Fərdi
13 Oktyabr , 2017 09:39
Qubada cüdo üzrə bölgə birinciliyi keçirilib
Judo.az

Bakı. 13 oktyabr. REPORT.AZ/ Cüdo üzrə bölgə birinciliyi yarışları bu dəfə Qubada davam etdirilib.

"Report"un məlumatına görə, Azərbaycan Cüdo Federasiyasının (ACF) dəstəyi ilə təşkil olunan yarışda Quba, Qusar, Şabran, Siyəzən, Xaçmaz, Xızı və Abşeron rayonlarının yeniyetmə idmançıları qatılıb.

Birincilikdə iki yaş qrupu üzrə oğlan və qız cüdoçular medallar uğrunda mübarizə aparırlar. Yarışların açılış mərasimində ACF və Quba rayon icra hakimiyyəti rəsmiləri, eləcə də tanınmış mütəxəssislər çıxış edərək ölkədə dövlət səviyyəsində idmana göstərilən qayğını xüsusi vurğulayıblar. Onlar cüdoçuların son vaxtlar beynəlxalq yarışlardakı nailiyyətlərindən söhbət açıblar.

Şimal - Şərq bölgəsinin tanınmış idman mütəxəssisləri, məşqçilər göstərilən diqqət və dəstəyə görə ACF rəhbərliyinə təşəkkürlərini bildiriblər. Qaliblərə federasiyanın diplomları, medallar və hədiyyələr təqdim olunub.

Son xəbərlər

Orphus sistemi