Qran-pridə çıxış edəcək cüdo üzrə Azərbaycan milli komandasının heyəti açıqlanıb

Qran-pridə çıxış edəcək cüdo üzrə Azərbaycan milli komandasının heyəti açıqlanıb Beynəlxalq yarışa 6 xanım və 10 kişi idmançı qatılacaq
Fərdi
28 Mart , 2017 17:44
Qran-pridə çıxış edəcək cüdo üzrə Azərbaycan milli komandasının heyəti açıqlanıb

Bakı. 28 mart. REPORT.AZ/ Martın 31-də Gürcüstanın paytaxtı Tbilisidə start götürəcək Qran-pri üçün cüdo üzrə Azərbaycan milli komandasının heyəti açıqlanıb.

"Report"un Azərbaycan Cüdo Federasiyasının rəsmi saytına istinadən verdiyi məlumata görə, beynəlxalq yarışa 6 xanım və 10 kişi idmançı - Leyla Əliyeva (48 kq), Nəzakət Əzizova (52 kq), Səkinə Zayirova (57 kq), Xanım Hüseynova (63 kq), Nuriyyə Axundova (63 kq), Günel Həsənli (78 kq), Sahib Əsgərov (60 kq), Mehman Sadıqov (60 kq), Orxan Hacıağalı (66 kq), Tərlan Kərimov (66 kq), Elvin Mustafayev (73 kq), Afiq Səfərli (81 kq), Firudin Dadaşov (90 kq), Abdulhəqq Rəsullu (90 kq), Zelim Kotsoiev (100 kq) və Cəlil Şükürov (+100 kq) qatılacaq. 

Qeyd edək ki, Qran-pri 3 gün davam edəcək.

Son xəbərlər

Orphus sistemi