Yuxarı

Qış Olimpiya Oyunlarında bir növ üzrə yarışda Almaniya fəxri kürsünün hər üç medalını qazanıb

Almaniya qızıl medal sayında ilk sıradakı Norveçlə bərabərləşib

Bakı. 20 fevral. REPORT.AZ/ Cənubi Koreyanın Pxençxan şəhərində keçirilən XXIII Qış Olimpiya Oyunlarında xizək ikinövçülüyü üzrə yarışda Almaniya yığması fəxri kürsünün hər üç pilləsini ələ keçirib.

"Report"un məlumatına görə, qızıl medalı finişə 23 dəqiqə 52,5 saniyəyə çatan Yohannes Ridzek qazanıb. Fabian Rissle 23 dəqiqə 52,9 saniyə nəticə ilə gümüş, Erik Frentsel isə 23 dəqiqə 53,3 saniyə göstərici ilə bürünc medala sahib olub.

Qeyd edək ki, bu nəticədən sonra Almaniya qızıl medal sayında ilk sıradakı Norveçlə bərabərləşib. Hər iki ölkənin 11 "qızıl"ı var. Lakin Norveç gümüş (10) və bürünc (8) medal sayında Almaniyanı (müvafiq olaraq, 7 və 5 medal) üstələyir. Üçüncü yeri isə 8 qızıl, 5 gümüş və 6 bürünc medalı olan Kanada tutur.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi