Qətər klubu Rafael Ağayevə təklif göndərib

Qətər klubu Rafael Ağayevə təklif göndərib Bu barədə Rafael Ağayevin özü açıqlama verib
Fərdi
1 Noyabr , 2016 17:35
Qətər klubu Rafael Ağayevə təklif göndərib

Bakı. 1 noyabr. REPORT.AZ/ Karate üzrə 5 qat azərbaycanlı dünya çempionu Rafael Ağayevə xarici klubda işləmək təklif edilib. 

"Report"un məlumatına görə, bu barədə R.Ağayevin özü açıqlama verib.

Onun sözlərinə görə, təklif Qətərin "Əl-Əhli" klubundan edilib. Ancaq idmançının "Qəbələ" idman klubu ilə müqaviləsi olduğundan məsələyə gələn ay baxacaq.

Üstəlik, idmançı 2016-cı ildə Rio-de-Janeyro Yay Olimpiya Oyunlarından sonra xarici ölkə yığmalarının birindən məşqçilik təklifi də aldığını deyib. Lakin dünya çempionu ölkənin adını açıqlamayıb.

Son xəbərlər

Orphus sistemi