Bakı. 1 noyabr. REPORT.AZ/ Karate üzrə 5 qat azərbaycanlı dünya çempionu Rafael Ağayevə xarici klubda işləmək təklif edilib.
"Report"un məlumatına görə, bu barədə R.Ağayevin özü açıqlama verib.
Onun sözlərinə görə, təklif Qətərin "Əl-Əhli" klubundan edilib. Ancaq idmançının "Qəbələ" idman klubu ilə müqaviləsi olduğundan məsələyə gələn ay baxacaq.
Üstəlik, idmançı 2016-cı ildə Rio-de-Janeyro Yay Olimpiya Oyunlarından sonra xarici ölkə yığmalarının birindən məşqçilik təklifi də aldığını deyib. Lakin dünya çempionu ölkənin adını açıqlamayıb.