Qətər Futbol Assosiasiyası yığmanın futbolçusunu Azərbaycanla oyun öncəsi cəzalandırıb

Qətər Futbol Assosiasiyası yığmanın futbolçusunu Azərbaycanla oyun öncəsi cəzalandırıb Həmid İsmayıl barəsində yekun qərar araşdırmalardan sonra veriləcək
Fərdi
9 Fevral , 2017 16:05
Qətər Futbol Assosiasiyası yığmanın futbolçusunu Azərbaycanla oyun öncəsi cəzalandırıb

Bakı. 9 fevral. REPORT.AZ/ Qətər Futbol Assosiasiyası (QFA) milli komandanın və "Əl Sədd" klubunun futbolçusu Həmid İsmayılı cəzalandırıb. "Report"un federasiyanın rəsmi saytına istinadən verdiyi məlumata görə, İcraiyyə Komitəsinin qərarı ilə 23 yaşlı müdafiəçi bütün yarışlardan müvəqqəti kənarlaşdırılıb.

O, fevralın 2-də Qətər çemionatının XIX turu çərçivəsində keçirilmiş və 1:1 hesablı heç-heçə ilə nəticələnmiş "Əl-Sədd" - "Əl-Şahaniya" görüşündən sonra QFA-nın ünvanına təhqiramiz ifadələr səsləndirdiyi üçün cəzaya məruz qalıb. Aparılacaq araşdırmadan sonra Həmid İsmayıl barədə yekun qərar veriləcək. Lakin "Əl-Sədd" klubunun xahişi ilə o, İranda "İstiqlal"a penaltilər seriyasında 3:4 hesabı ilə uduzduqları Asiya Çempionlar Liqasının təsnifat oyununda iştirak edib. 

Qeyd edək ki, Azərbaycan milli komandası martın 9-da Qətər yığması ilə yoldaşlıq oyunu keçirəcək. Doha şəhərində yerləşən “Jassim Ben Hamad” stadionunda baş tutacaq matç Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.

Son xəbərlər

Orphus sistemi