​Olimpiya çempionunda xərçəng xəstəliyi aşkarlanıb

​Olimpiya çempionunda xərçəng xəstəliyi aşkarlanıb Bu barədə yerli federasiya məlumat yayıb
Fərdi
18 Fevral , 2016 12:11
​Olimpiya çempionunda xərçəng xəstəliyi aşkarlanıb

Bakı. 18 fevral. REPORT.AZ/ Üzgüçülük üzrə hollandiyalı olimpiya çempionu İnqe Dekkerdə xərçəng xəstəliyi aşkarlanıb. "Report" xəbər verir ki, bu barədə Hollandiya Üzgüçülük Federasiyası məlumat yayıb.

Xəstəlik idmançının boyun nahiyəsində müəyyən olunub. İdmançı xəbəri eşidərkən, çox qorxduğunu bildirib: "3 ildir ki, yalnız Rio olimpiadası üçün çalışıram. Ancaq birdən bu xəbəri aldım. Gələcəyə inamla baxıram və bütün diqqətimi bərpa olmağa yönəldəcəyəm".

Qeyd edək ki, İnqi Dekker sərbəst üsulla üzmədə 2008-ci il Pekin, 2012-ci il London və 2004-cü il Afina Yay Olimpiya Oyunlarında müvafiq olaraq qızıl, gümüş və bürünc medal qazanıb.

Son xəbərlər

Orphus sistemi