Yuxarı

Mixael Şumaxerin "Ferrari F2002" markalı avtomobili Abu Dabidəki hərracda satılıb - FOTO

​Mixael Şumaxerin "Ferrari F2002" markalı avtomobil Abu Dabidəki hərra

Almaniyalı Mixael Şumaxerin 2002-ci il mövsümündə idarə etdiyi "Ferrari F2002" markalı avtomobil Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Abu Dabidəki hərracda satılıb.

"Report"un məlumatına görə, "Formula 1"də çıxış etmiş sabiq pilot bu avtomobillə 5-ci dəfə dünya çempionu olub. O, məhz bu maşının sükanı arxasında San-Marino, Avstriya və Fransa Qran-prilərində qələbə qazanıb. Ümumilikdə Şumaxer həmin mövsümdə aktivinə 17 yarışda 11 qələbə yazdırıb. Avtomobil 6,6 milyon dollara satılıb.

Qeyd edək ki, Mixael Şumaxer 7 qat dünya çempionudur. O, ilk iki titulunu 1994-1995-ci illərdə "Benetton"da çıxış etdiyi vaxt qazanıb. Sonradan Şuxamer "Ferrari" pilotu kimi 2000-2004-cü illərdə daha 5 dəfə ən güclü olub. 

2013-cü ilin dekabrında almaniyalı sabiq pilot dağ xizəkçiliyi kurortunda yıxılaraq başından ağır travmalar alıb. 50 yaşlı idmançının ailəsi onun səhhəti barədə geniş informasiya verməməyi üstün tutur. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi