Yuxarı

“Mercedes” Lüis Hemiltona 120 milyon dollarlıq yeni müqavilə təklif edib

Yeni sözləşmənin müddəti 3 illik olacaq

Bakı. 22 noyabr. REPORT.AZ/ “Formula 1” üzrə dünya çempionatının iştirakçısı “Mercedes” komandası pilotu Lüis Hemiltona 120 milyon dollarlıq yeni müqavilə təklif edib.

“Report” “The Sun”a istinadən xəbər verir ki, Almaniya təmsilçisinin rəhbərliyi 24 - 26 noyabrda Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Abu Dabidə baş tutacaq ilin sonuncu Qran-prisində 32 yaşlı britaniyalı sürücü ilə danışıq aparacaq.

Görüş zamanı pilota 3 illik müqavilə qarşılığında 120 milyon avro təklif olunacaq.

Qeyd edək ki, L.Hemilton oktyabrın 29-da baş tutan Meksika Qran-prisində 2017-ci il mövsümünün çempionluğunu erkən təmin edib. Daha əvvəl 2008-ci ildə “Maklaren”lə dünya çempionu olan britaniyalı pilot 2013-cü ildə “Mercedes”ə keçib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi