"Formula 1" şirkəti "Mercedes"in ikiqat pit-stopu ilə 30 il əvvəlki mənzərəni müqayisə edib - VİDEO

"Formula 1" şirkəti "Mercedes"in ikiqat pit-stopu ilə 30 il əvvəlki mənzərəni müqayisə edib - VİDEO “Formula 1” şirkəti Almaniyanın “Mercedes” komandasının Çin Qran-prisində eyni anda gerçəkləşdirdiyi iki pit-stopla 30 il əvvəlki mənzərəni müqayisə edib.
Fərdi
22 Aprel , 2019 17:17
Formula 1 şirkəti Mercedesin ikiqat pit-stopu ilə 30 il əvvəlki mənzərəni müqayisə edib - VİDEO

“Formula 1” şirkəti Almaniyanın “Mercedes” komandasının Çin Qran-prisində eyni anda gerçəkləşdirdiyi iki pit-stopla 30 il əvvəlki mənzərəni müqayisə edib.

“Report” xəbər verir ki, yarışın “Intsagram” səhifəsində paylaşılan videoda “Mercedes” mexaniklərinin aprelin 14-də ilk dəfə Şanxayda həyata keçirdikləri ikiqat pit-stopla 1989-cu ildə Böyük Britaniyanın “McLaren” komandasının pit-stop görüntüləri əksini tapıb.

Qeyd edək ki, yeni mövsümün ilk üç mərhələsində “Mercedes” pilotları qalib olublar. Lüis Hemilton Bəhreyn və Çində, onun komanda yoldaşı Valtteri Bottas isə Avstraliyada rəqiblərini qabaqlayıb. Üç mərhələdən sonra Hemilton 68 xalla 1-ci, Bottas 62 xalla 2-ci, Avstriya “Red Bull”undan Maks Ferstappen 39 xalla 3-cüdür.

Azərbaycan Qran-prisi 26 - 28 apreldə olacaq.

Son xəbərlər

Orphus sistemi