Yuxarı

Mərakeş MOK-un vitse-prezidenti: "Bakı növbəti dəfə İslam dünyasına özü ilə fəxr etmək imkanı yaratdı"

Bakı Olimpiada keçirilməsinə layiqdir

Bakı. 22 may. REPORT.AZ/ "Bakı növbəti dəfə İslam dünyasına özüylə fəxr etmək imkanı yaratdı".

Bunu "Report"a açıqlamasında Azərbaycan paytaxtında keçirilən IV İslam Həmrəyliyi Oyunlarını şərh edən Mərakeş Milli Olimpiya Komitəsinin vitse-prezidenti Kamal Lahlu (Kamal Lahlou) deyib.

"Prezident İlham Əliyevi və birinci vitse-prezidenti, İslam Həmrəyliyi Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyevanı bu idman tədbirinin yüksək səviyyədə keçirilməsinə görə təbrik edirəm", - o əlavə edib.

"Bakı, hətta Olimpiya Oyunları kimi nəhəng tədbirlərə layiqdir. İmkan olsaydı, Olimpiadanın Bakıda keçirilməsinə səs verərdim. Sizin möhtəşəm infrastrukturunuz var. Mən Rio de Janeyro Olimpiya Oyunlarında olmuşam və deyə bilərəm ki, hazırlıq səviyyəsinə görə, Bakı heç nədə geri qalmır", - K.Lahlu bildirib.

Mərakeş komandasının İslamiadadakı nəticələri barədə danışan MOK-un vitse-prezidenti nəticələrin heç də gözlənilən kimi olmadığını vurğulayıb: "Amma yenə də Bakıya gönərilən 200-ə yaxın idmançı yarışlarda özünü ən yaxşı tərəfdən göstərmək üçün şans qazandı. Oyunlara bu qədər idmançı göndərməyimiz Azərbaycandakı yarışa böyük önəm verməyimizin nəticəsidir".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi