Yuxarı

Məmmədyarov şahmat üzrə superturnirin III turunda heç-heçə edib

Azərbaycanlı qrossmeyster rusiyalı Maksim Matlakovla qarşılaşıb
© Report

Bakı. 16 yanvar. REPORT.AZ/ Hollandiyanın Veyk-an-Zeye şəhərində keçirilən şahmat üzrə "Tata Steel Chess" superturnirində III tura yekun vurulub.

"Report"un məlumatına görə, yarışda Azərbaycanı təmsil edən Şəhriyar Məmmədyarov növbəti heç-heçəsini edib.

33 yaşlı qrossmeyster turnirdə ikinci heç-heçəsini rusiyalı Maksim Matlakovla edib.

Bu nəticədən sonra Məmmədyarov aktivindəki xalların sayını 2-yə çatdırıb və 3-4-cü yerlərdə qərarlaşıb.

Turnirə 2,5 xal ilə Vişvanatan Anand (Hindistan) və Aniş Giri (Hollandiya) başçılıq edir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi