Məmmədyarov şahmat üzrə superturnirin III turunda heç-heçə edib

Məmmədyarov şahmat üzrə superturnirin III turunda heç-heçə edib Azərbaycanlı qrossmeyster rusiyalı Maksim Matlakovla qarşılaşıb
Fərdi
16 Yanvar , 2018 00:23
Məmmədyarov şahmat üzrə superturnirin III turunda heç-heçə edib
Report

Bakı. 16 yanvar. REPORT.AZ/ Hollandiyanın Veyk-an-Zeye şəhərində keçirilən şahmat üzrə "Tata Steel Chess" superturnirində III tura yekun vurulub.

"Report"un məlumatına görə, yarışda Azərbaycanı təmsil edən Şəhriyar Məmmədyarov növbəti heç-heçəsini edib.

33 yaşlı qrossmeyster turnirdə ikinci heç-heçəsini rusiyalı Maksim Matlakovla edib.

Bu nəticədən sonra Məmmədyarov aktivindəki xalların sayını 2-yə çatdırıb və 3-4-cü yerlərdə qərarlaşıb.

Turnirə 2,5 xal ilə Vişvanatan Anand (Hindistan) və Aniş Giri (Hollandiya) başçılıq edir.

Son xəbərlər

Orphus sistemi