Bakı. 7 oktyabr. REPORT.AZ/ İrlandiyalı boksçu Konor Makqreqor yüngül çəkidə UFC kəmərinin sahibi olan rusiyalı Həbib Nurməhəmmədovla revanş döyüşü keçirmək niyyətindədir.
“Report” TASS-a istinadən xəbər verir ki, Makqreqor bunu öz "Twitter" mikrobloqunda yazıb.
"Əla zərbə idi, revanş gözləyirəm", - deyə irland qaydasız döyüşçü yazıb.
Bazar günü iki idmançı arasında Las-Veqas şəhərində (ABŞ) keçirilən döyüş rusiyalı samboçunun qələbəsi ilə yekunlaşıb. Nurməhəmmədov yüngül çəkidə qazandığı bu 27-ci qələbə sayəsində UFC çempionu titulunu özündə saxlayıb.