Makqreqor Nurməhəmmədovla revanş döyüşü keçirmək niyyətindədir

Makqreqor Nurməhəmmədovla revanş döyüşü keçirmək niyyətindədir Bakı. 7 oktyabr. REPORT.AZ/ İrlandiyalı boksçu Konor Makqreqor yüngül çəkidə UFC kəmərinin sahibi olan rusiyalı Həbib Nurməhəmmədovla revanş döyüşü keçirmək niyyətindədir.
Fərdi
7 Oktyabr , 2018 18:36
Makqreqor Nurməhəmmədovla revanş döyüşü keçirmək niyyətindədir

Bakı. 7 oktyabr. REPORT.AZ/ İrlandiyalı boksçu Konor Makqreqor yüngül çəkidə UFC kəmərinin sahibi olan rusiyalı Həbib Nurməhəmmədovla revanş döyüşü keçirmək niyyətindədir.

“Report” TASS-a istinadən xəbər verir ki, Makqreqor bunu öz "Twitter" mikrobloqunda yazıb.

"Əla zərbə idi, revanş gözləyirəm", - deyə irland qaydasız döyüşçü yazıb.

Bazar günü iki idmançı arasında Las-Veqas şəhərində (ABŞ) keçirilən döyüş rusiyalı samboçunun qələbəsi ilə yekunlaşıb. Nurməhəmmədov yüngül çəkidə qazandığı bu 27-ci qələbə sayəsində UFC çempionu titulunu özündə saxlayıb.

Son xəbərlər

Orphus sistemi