Lüis Hemilton: “Ferrari”dən bu cür tənəzzül gözləmirdim”

Lüis Hemilton: “Ferrari”dən bu cür tənəzzül gözləmirdim” Bakı. 9 oktyabr. REPORT.AZ/ “Mövsümün sonunda “Ferrari”dən bu cür tənəzzül gözləmirdim”.
Fərdi
9 Oktyabr , 2018 13:32
Lüis Hemilton: “Ferrari”dən bu cür tənəzzül gözləmirdim”
0 : 00
0 : 00

Bakı. 9 oktyabr. REPORT.AZ/ “Mövsümün sonunda “Ferrari”dən bu cür tənəzzül gözləmirdim”.

“Report” xəbər verir ki, bunu Almaniyanın “Mercedes” komandasının pilotu Lüis Hemilton Yaponiya Qran-prisində əldə etdiyi qələbədən sonra deyib.

Cari mövsümdə 331 xalla şəxsi hesabda 1-ci pillədə qərarlaşan britaniyalı pilot əsas rəqibi olan “Ferrari” komandasının zəif çıxışına diqqət çəkib: “Ferrari” mövsümün ortasına qədər yaxşı idi. Montsada rəqabət aparacaq durumda olsalar da, Sinqapurda vəziyyətlətləri pisləşdi. Onların bu cür təslim olacağını gözləmirdim. Son 2-3 Qran-pridə heç nə edə bilmədilər. Rəqabət qabiliyyətlərinin bu cür azalmasının səbəbini izah edə bilmərəm. Əminəm ki, bunu ən yaxşı Fettel söyləyə bilər”.

L.Hemilton 2018-ci il mövsümünün başa çatmasına 4 mərhələ qalmış ən yaxın izləyici – “Ferrari”nin piltonu Sebastyan Fetteli 67 xal qabaqlayır. Bu isə britaniyalının çempionluğu böyük ölçüdə təmin etməsi deməkdir.

Qeyd edək ki, ötən mövsümün qalibi olan L.Hemilton Azərbaycan Qran-prisində də birinci yeri tutmuşdu.

Son xəbərlər

Orphus sistemi