Keçmiş SSRİ-nin ilk olimpiya çempionu vəfat edib

Keçmiş SSRİ-nin ilk olimpiya çempionu vəfat edib O, "Melburn-1956"da bürünc, "Roma-1960"da isə yenidən qızıl medal qazanıb
Fərdi
19 Avqust , 2016 17:28
Keçmiş SSRİ-nin ilk olimpiya çempionu vəfat edib

Bakı. 19 avqust. REPORT.AZ/ Keçmiş SSRİ-nin ilk olimpiya çempionu Nina Ponomaryova 88 yaşında vəfat edib.

"Report" TASS-a istinadən xəbər verir ki, o, 1952-ci ildə Helsinki Yay Olimpiadasında disk atma üzrə qızıl medal qazanıb.

Nina Ponomaryova 1956-cı ildə Melburn olimpiadasında bürünc, 1960-cı ildə Roma olimpiadasında isə yenidən qızıl medal qazanıb.

Qeyd edək ki, N.Ponomaryova keçmiş SSRİ-nin səkkizqat çempionudur. O, dəfələrlə dünya, 1954-cü ildə isə Avropa çempionu olub.

Son xəbərlər

Orphus sistemi