Bakı. 19 avqust. REPORT.AZ/ Keçmiş SSRİ-nin ilk olimpiya çempionu Nina Ponomaryova 88 yaşında vəfat edib.
"Report" TASS-a istinadən xəbər verir ki, o, 1952-ci ildə Helsinki Yay Olimpiadasında disk atma üzrə qızıl medal qazanıb.
Nina Ponomaryova 1956-cı ildə Melburn olimpiadasında bürünc, 1960-cı ildə Roma olimpiadasında isə yenidən qızıl medal qazanıb.
Qeyd edək ki, N.Ponomaryova keçmiş SSRİ-nin səkkizqat çempionudur. O, dəfələrlə dünya, 1954-cü ildə isə Avropa çempionu olub.