İstanbulda at yarışı zamanı ölümlə nəticələnən qəza baş verib - VİDEO

İstanbulda at yarışı zamanı ölümlə nəticələnən qəza baş verib - VİDEO Bakı. 13 iyun. REPORT.AZ/ Türkiyənin İstanbul şəhərindəki Veliefendi Hipodromunda ölümlə nəticələnən qəza baş verib.
Fərdi
13 İyun , 2018 11:18
İstanbulda at yarışı zamanı ölümlə nəticələnən qəza baş verib - VİDEO

Bakı. 13 iyun. REPORT.AZ/ Türkiyənin İstanbul şəhərindəki Veliefendi Hipodromunda ölümlə nəticələnən qəza baş verib.

“Report” yarisdergisi.com saytına istinadən xəbər verir ki, səhər idmanı zamanı sürətlə irəliləyən çapar Mehmet Öksüzə aid 3 yaşlı “Haliç Boğası” adla ingilis atı qarşısına çıxan Şahin Uluça məxsus 3 yaşlı “Babaarif” adlı ərəb atı ilə toqquşub.

Nəticədə ingilis atı aldığı zərbədən yerdə qalıb. Cıdır meydanındakı baytar və mehtərin müdaxiləsinə baxmayaraq “Haliç Boğası”nın həyatını xilas etmək mümkün olmayıb.

Çaparlar isə qəzadan yüngül sıyrıntılarla qurtulublar.

Son xəbərlər

Orphus sistemi