İlham Zəkiyev: "İngiltərədə keçiriləcək Avropa çempionatında iştirak edəcəm"

İlham Zəkiyev: "İngiltərədə keçiriləcək Avropa çempionatında iştirak edəcəm" Bürünc medal qazanan paracüdoçunun əməliyyata ehtiyacı var
Fərdi
15 May , 2017 01:28
İlham Zəkiyev: İngiltərədə keçiriləcək Avropa çempionatında iştirak edəcəm

Bakı. 15 may. REPORT.AZ/ "Avqustun 4-də İngiltərədə keçiriləcək Avropa çempionatında iştirak edəcəm. Ora hazırlaşırıq".

Bunu "Report"a "Bakı 2017" IV İslam Həmrəyliyi Oyunlarında 100 kq çəki dərəcəsində bürünc medal qazanan paracüdoçu İlham Zəkiyev deyib.

İ.Zəkiyev bildirib ki, əməliyyata ehtiyacı olan ciddi zədələri var:

"Karyeramı bitirmək fikrim yoxdur. Hələ ki güləşirəm. Yüngül zədələri müalicə etdirirəm. Bir neçə ciddi zədəmi aradan qaldırmaq üçün əməliyyata ehtiyacım var. Sadəcə, əməliyyatı təxirə salıram, inşallah, yarışdan sonra payızda əməliyyat etdirəcəyəm. Ağrılarla güləşəcəm".

O, qeyd edib ki, Avropa çempionatı iki ildən bir keçirildiyindən çempionatı buraxmaq istəmir: "Paralimpiya hərəkatında cəmi 7 Avropa çempionatı olub, onun 6-da iştirak etmişəm və hamısında maksimum nəticə göstərib qızıl medal qazanmışam. Nəzərə almaq lazımdır ki, komanda hesabında da 4 dəfə qızıl medal qazanmışıq. Ona görə də 10 dəfə Avropa çempionu olmuşam".

Son xəbərlər

Orphus sistemi