Gənc rekordçu iflic olub

Gənc rekordçu iflic olub 21 yaşlı idmançı məşq zamanı xəsarət alıb
Fərdi
1 Avqust , 2015 09:29
Gənc rekordçu iflic olub

Bakı. 1 avqust. REPORT.AZ/ Şüvüllə hündürlüyə tullanma üzrə avstriyalı rekordçu Kira Qrünberq bədbəxt hadisə ilə üzləşib. "Report"un məlumatına görə, qadın atlet dünya çempionatının hazırlıqlarını davam etdirərkən zədələnib.

O, İnnsbruk şəhərində keçirilən məşqdə xəsarət alıb və təcili olaraq xəstəxanaya yerləşdirilib. Nəticədə 21 yaşlı idmançının beldən aşağısının iflic olduğu açıqlanıb.

K.Qrünberq keçən il İsveçrənin Sürix şəhərində keçirilmiş Avropa çempionatında 4.45 m hündürlükdən tullanmaqla Avstriya rekorduna imza atmışdı. 

Son xəbərlər

Orphus sistemi