Yuxarı

"Formula 1" üzrə Azərbaycan Qran Prisinin qalibi dodağından əməliyyat olunub

"Formula 1" üzrə Azərbaycan Qran Prisinin qalibi dodağından əməliyyat olunub
Görünür, həmin vaxt yaraya infeksiya düşüb
© Report/ Firi Salim — Azərbaycan Qran Prisinin qalibi Daniel Rikkardo

Bakı. 26 aprel. REPORT.AZ/ “Formula 1” üzrə 2017-ci il Azərbaycan Qran Prisinin qalibi Daniel Rikkardo əməliyyat olunub. 

“Report”un məlumatına görə, bu barədə “Red Bull”un avstraliyalı pilotunun özü Bakıda təşkil olunan mətbuat konfransında bildirib. O deyib ki, problem dodağını dişləməsi ucbatından yaranıb: “Qəribə hadisə baş verdi – Bəhreyndə dodağımı dişlədim. Görünür, həmin vaxt yaraya infeksiya düşüb. Çünki dodağımı çeynəməyə davam etdim. Bu səbəbdən, Londonda yaranı yarmaq və tikməyə ehtiyac duyuldu”. 

Qeyd edək ki, 2018-ci ilin Bəhreyin Qran Prisi 6 - 8 apreldə keçirilib. Azərbaycan Qran Prisi isə 27 - 29 apreldə baş tutacaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi