Formula 1: Serxio Peres və Kimi Raykonnen yarışı erkən tərk ediblər

Formula 1: Serxio Peres və Kimi Raykonnen yarışı erkən tərk ediblər Formula 1 üzrə Azərbaycan Qran Prisində daha iki mübarizəni dayandırıb
Fərdi
25 İyun , 2017 18:23
Formula 1: Serxio Peres və Kimi Raykonnen yarışı erkən tərk ediblər

Bakı. 25 iyun. REPORT.AZ/ Formula 1 üzrə Azərbaycan Qran Prisində daha iki idmançı mübarizəni dayandırıb.

“Report”un məlumatına görə, Serxio Peres (Force İndia) və Kimi Raykonnen (Ferrari) yarışı erkən tərk ediblər. 

S.Peresin bolidinin mühərrikində problem yarandığı halda, “Ferrari”nin təkəri cırılıb.

Qeyd edək ki, saat 17:00-da start götürən yarışda daha əvvəl Colion Palmer (Renault), Daniel Kvyat (Toro Roso) və Maks Ferstappen (Red Bull) mübarizəni dayandırıblar.

Son xəbərlər

Orphus sistemi