"Formula 1" rəhbərliyi Boris Consona müraciət etdi

"Formula 1" rəhbərliyi Boris Consona müraciət etdi Formula 1 üzrə dünya çempionatının kommersiya hüquqlarına sahib olan Liberty Media şirkətinin rəhbərliyi Böyük Britaniyanın baş naziri Boris Consona kömək üçün məktub göndərib.
Fərdi
19 May , 2020 14:54
Formula 1 rəhbərliyi Boris Consona müraciət etdi

"Formula 1" üzrə dünya çempionatının kommersiya hüquqlarına sahib olan "Liberty Media" şirkətinin rəhbərliyi Böyük Britaniyanın baş naziri Boris Consona kömək üçün məktub göndərib.

"Report" "Sky Sports"a istinadən xəbər verir ki, səbəb ölkəyə təyyarə ilə gələn bütün şəxslərin 14 günlük məcburi karantinə cəlb olunmasıdır. Bu qərar 26 iulda və 2 avqustda keçiriləcək Britaniya Qran-prisini təhlükə altına salacaq.

Baş nazirə müraciətdə qərarın "Formula 1" yarışına şamil olunmaması təklif edilib. Çünki bütün iştirakçılar 5 iyul və 12 iyulda təşkil olunacaq Avstriya Qran-prisində müvafiq yoxlamalardan keçəcəklər.

Adı açıqlanmayan "Formula 1" rəsmisi 14 günlük karantin müddəti olacağı təqdirdə, Britaniya Qran-prisinin gerçəkləşməsinin mümkün olmayacağını söyləyib: "Bu, "Formula 1"lə əlaqəli on minlərlə işə mənfi təsir edəcək".

Yerli hökumət isə karantin tədbirləri ilə bağlı sənədlər paketini nəzərdən keçirərək idman tədbirləri üçün heç bir istisnanın olmayacağını bildirib.

Qeyd edək ki, daha əvvəl "Formula 1" rəhbərliyi koronavirusa görə Azərbaycanla, Bəhreyn, Vyetnam, Çin, Niderland, İspaniya və Kanada Qran-prilərini təxirə salıb, Avstraliya, Monako və Fransa mərhələləri isə ləğv olunub. Azərbaycan Qran-prisi 5 - 7 iyunda keçirilməli idi.

Son xəbərlər

Orphus sistemi