Yuxarı

FİDE prezidenti Kirsan İlümjinov onu devirmək istəyən şəxslərin adlarını açıqlayıb

Görünür, kiçik inqilab etmək istədilər

Bakı. 29 mart. REPORT.AZ/ Beynəlxalq Şahmat Federasiyasının (FİDE) prezidenti Kirsan İlümjinov onu devrimək istəyən şəxslərin adlarını açıqlayıb. 

"Report"un məlumatına görə, rusiyalı funksioner TASS-a açıqlamasında müavini Georgios Makropulosla təşkilatın icraçı direktoru Naycel Frimenin təxribata əl atdıqlarını bildirib. K. İlümjinov deyib ki, martın 27-də FİDE-nin rəsmi saytında onun prezident postundan istefa verməsi ilə əlaqədar yerləşdirilmiş xəbərlə bağlı daxili araşdırma başlanılıb. Onun sözlərinə görə, adları qeyd olunan şəxslər çevrilişə cəhd ediblər: "FİDE-nin rəsmi saytında mənim istefa verməyimlə bağlı xəbər peyda olan zaman Naycel Frimendən təkzib yayımlanmasını tələb etmək istədim. Ona mesaj yazdım və zəng etdim. Lakin o, telefonu söndürmüşdü. Eyni şeyi Georgios Makropulos da etmişdi. Hərçənd, dəqiq bilirəm ki, həmin vaxt hər ikisi Afinada, FİDE-nin ofisində olublar. Görünür, kiçik bir inqilab etmək istədilər. Çevrilişə cəhd göstərdilər. Necə ki, daha əvvəl teleqrafı ələ keçirmişdilər. Yəqin, onlar öz isti yerlərini itirməkdən qorxurlar. Özüm onları istefaya göndərə bilmərəm. Halbuki, onlara inanırdım".

Qeyd edək ki, martın 27-də FİDE-nin rəsmi saytında Kirsan İlümjinovun qurumun prezidenti postundan istefa verməsi ilə bağlı xəbər yerləşdirilsə də, rusiyalı funksioner bunu təkzib edib. O, 1995-ci ildən təşkilata rəhbərlik edir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi