FİDE prezidenti: "Azərbaycanda olduğu kimi, Rusiyada da şahmatın məktəblərdə icbari fənn olacağına ümid edirəm"

FİDE prezidenti: "Azərbaycanda olduğu kimi, Rusiyada da şahmatın məktəblərdə icbari fənn olacağına ümid edirəm" Kirsan İlümjinov: "Bu gün şahmat heç bir formal qayda olmadan Rusiyanın bir sıra regionlarının bir çox məktəblərində yayılır"
Fərdi
7 Noyabr , 2016 11:20
FİDE prezidenti: Azərbaycanda olduğu kimi, Rusiyada da şahmatın məktəblərdə icbari fənn olacağına ümid edirəm

Bakı. 7 noyabr. REPORT.AZ/ "Bu gün Rusiyada çoxlu sayda şahmat turniri təşkil edilir, uşaq və gənclər tərəfindən şahmata olan maraq əhəmiyyətli dərəcədə artıb".

"Report" xəbər verir ki, bunu Rusiyanın "İzvestiya" qəzetinə müsahibəsində Beynəlxalq Şahmat Federasiyasının (FİDE) prezidenti Kirsan İlümjinov şahmatın məktəblərdə məcburi fənn kimi tətbiqi məsələsini şərh edərkən deyib.

"Andrey Filatov və Qəyyumlar Şurasının rəhbərliyi ilə Rusiya Şahmat Federasiyası çox fəal işləyir. Ölkədə çoxlu turnirlər keçirilir, uşaqlar və gənclər tərəfindən maraq olduqca yüksəkdir. Xüsusən də bölgələrdə. Azərbaycan və Ermənistanda olduğu kimi, Rusiyada da şahmatın məktəblərdə icbari fənn olacağına ümid edirəm", - deyə K.İlümjinov bildirib.

Onun sözlərinə görə, bu gün şahmat heç bir formal qayda olmadan Rusiyanın bir sıra regionlarının bir çox məktəblərində yayılır.

Son xəbərlər

Orphus sistemi