Yuxarı

Fernando Alonso "Maklaren"lə müqaviləni uzatmaqdan imtina edib

Fernando Alonso "Maklaren"lə müqaviləni uzatmaqdan imtina edib

"Formula 1" üzrə ikiqat dünya çempionu Fernando Alonso "Maklaren"lə müqaviləni uzatmaqdan imtina edib. 

"Report"un "Marca"ya istinadən verdiyi məlumata görə, ispaniyalı pilot komandanın səfiri statusunu itirib. Əvvəlki sözləşmə 2019-cu ilin sonlarında başa çatıb. 

Beləliklə, Alonsonun "İndianapolisin 500 mili" iştirakı "Maklaren"lə əlaqəli olmayacaq. "Maklaren" gələn mövsümdən SPM Motorsport bazasında tam təqvimlə "IndyCar"da çıxış edəcək. Alonsonun xidmətində isə 500 millik yarışda "Andretti" komandası maraqlıdır. O, 2021-ci il mövsümündən "Formula 1"ə qayıtmaq istədiyini isə daha əvvəl açıqlayıb.

Qeyd edək ki, Fernando Alonso "Formula 1" üzrə ikiqat dünya çempionluğunu "Renault" komandasının heyətində qazanıb. O, 2007-ci və 2015 - 2018-ci illərdə "Maklaren"də çıxış edib. Alonso 2016-cı ildə Bakıda keçirilmiş Avropa Qran-prisinin səfiri olub. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi