Azərbaycan Kiber İdman Federasiyasının prezidenti İESF-in İdarə Heyətinə üzv seçilib

Azərbaycan Kiber İdman Federasiyasının prezidenti İESF-in İdarə Heyətinə üzv seçilib Azərbaycan Kiber İdman Federasiyasının prezidenti Ramil Əliyev Beynəlxalq Kiber İdman Federasiyasının (İESF) İdarə Heyətinə üzv seçilib.
Fərdi
14 İyun , 2019 15:39
Azərbaycan Kiber İdman Federasiyasının prezidenti İESF-in İdarə Heyətinə üzv seçilib

Azərbaycan Kiber İdman Federasiyasının prezidenti Ramil Əliyev Beynəlxalq Kiber İdman Federasiyasının (İESF) İdarə Heyətinə üzv seçilib. 

Bu barədə "Report"a Gənclər və İdman Nazirliyinin mətbuat katibi Səmayə Məmmədova məlumat verib.

İESF-in prezidenti Kolin Vebster Ramil Əliyevin İdarə Heyətinə üzv seçilməsi ilə bağlı fikirlərini bölüşüb: "Ramil Əliyevin, onun təcrübəsi və təfərrüatlara ətraflı diqqəti ilə İESF-in İdarə Heyəti üçün çox faydalı olacağı şübhəsizdir. Mən bütün digər İdarə Heyətinin üzvləri kimi, Ramil ilə iş birliyimizi səbirsizliklə gözləyirəm", - deyə qurumun rəhbəri bildirib. 

Qeyd edək ki, R.Əliyevin İdarə Heyətində üzvlüyü bu ilin dekabrına planlaşdırılan növbəti seçkilərə qədər etibarlıdır. 

Son xəbərlər

Orphus sistemi