Gürcüstan Milli Olimpiya Komitəsinin I vitse-prezidenti: “Azərbaycan dünyada güclü idman ölkəsi kimi tanınır”

Gürcüstan Milli Olimpiya Komitəsinin I vitse-prezidenti: “Azərbaycan dünyada güclü idman ölkəsi kimi tanınır” Nino Salukvadze: "İdman ictimaiyyəti bunu görür və yüksək qiymətləndirir”
Fərdi
18 Aprel , 2017 15:26
Gürcüstan Milli Olimpiya Komitəsinin I vitse-prezidenti: “Azərbaycan dünyada güclü idman ölkəsi kimi tanınır”
Report.az

Tbilisi. 18 aprel. REPORT.AZ/ “Azərbaycan dünyada güclü idman ölkəsi kimi tanınır. İdmanın inkişafı üçün ölkənizdə çoxlu işlər görülür, idmançılar xüsusi dövlət qayğısı ilə əhatə olunublar”.

Bu sözləri “Report”un Gürcüstan bürosuna açıqlamasında Gürcüstan Milli Olimpiya Komitəsinin I vitse-prezidenti Elqucia Berişvili deyib.

Onun sözlərinə görə, Azərbaycan həm də beynəlxalq idman yarışlarını yüksək səviyyədə təşkil etməklə adını tarixə yazdırıb: "Biz bunu "Bakı 2015" I Avropa Oyunları zamanı gördük. Oyunları yüksək səviyyədə təşkil etməklə Azərbaycan nəyə qadir olduğunu bütün dünyaya sübut etdi".

E.Berişvili iyunun 12-də start götürəcək IV İslam Həmrəyliyi Oyunları barədə də danışıb. O bildirib ki, İslamiadanı təşkil etməklə Azərbaycan təkcə müsəlman aləmində deyil, büdün dünyada öz nüfuzunu daha da möhkəmləndirəcək: "İnanıram ki, dost və qardaş Azərbaycan tarixin bu sınağından da qələbə ilə çıxacaq, tarixdə daha bir ilkə imza atacaq. Mən Azərbaycan dövlətinə, azərbaycanlı idmançılara və ümumiyyətlə, bütün idmançılara uğurlar arzulayıram”.

I vitse-prezident güllə atıcılığı üzrə 6 qat dünya və 4 qat Avropa çempionu Nino Salukvadze isə IV İslam Hərməyliyi Oyunlarını dünyada sülh oyunları adlandırıb: “Beynəlxalq idman yarışlarını təşkil etməklə Azərbaycan həm idman ölkəsi olduğunu, həm də sülhsevərliyini dünyaya sübut edir. İslamiada həm də bir növ sülhə çağırışdır. İdman ictimaiyyəti bunu görür və yüksək qiymətləndirir”.

Salukvadze bildirib ki, Azərbaycanın dövlət başçısı, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva ölkədə idmanın inkişafına xüsusi diqqət yetirirlər: "Biz bunu yüksək qiymətləndiririk".

Son xəbərlər

Orphus sistemi