Yuxarı

Çeyz Kerri: "Azərbaycan Qran-prisinin müddəti gələcəkdə də uzadıla bilər"

© Report/ Firi Salim — "Formula 1" Şirkətlər Qrupunun baş icraçı direktoru Çeyz Kerri

Bakı. 5 fevral. REPORT.AZ/ "Müqavilənin 3 illik olması daha məqsəduyğundur. Çünki hər şey çox dinamik inkişaf edir, təkcə idmanda deyil, digər sahələrdə də dəyişikliklər sürətlə gedir".

"Report" xəbər verir ki, bunu "Formula 1" Şirkətlər Qrupunun baş icraçı direktoru Çeyz Kerri Bakı Şəhər Halqası ilə 2023-cü ilə qədər nəzərdə tutulan yeni müqavilənin imzalanma mərasimindən sonra mətbuat konfransında deyib.

O, bildirib ki, gələcəkdə sözləşmənin müddəti uzadıla bilər: "Müqavilənin uzadılması qarşılıqlı fayda kontekstində düzgün qərardır. Gələcəkdə lazım gələrsə, yeni müqavilə də bağlaya bilərik".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi