Çeyz Kerri: "Azərbaycan Qran-prisinin müddəti gələcəkdə də uzadıla bilər"

Çeyz Kerri: "Azərbaycan Qran-prisinin müddəti gələcəkdə də uzadıla bilər" Bakı. 5 fevral. REPORT.AZ/ Müqavilənin 3 illik olması daha məqsəduyğundur. Çünki hər şey çox dinamik inkişaf edir, təkcə idmanda deyil, digər sahələrdə də dəyişikliklər sürətlə gedir.
Fərdi
5 Fevral , 2019 12:47
Çeyz Kerri: Azərbaycan Qran-prisinin müddəti gələcəkdə də uzadıla bilər
"Formula 1" Şirkətlər Qrupunun baş icraçı direktoru Çeyz Kerri / Report/ Firi Salim
0 : 00
0 : 00

Bakı. 5 fevral. REPORT.AZ/ "Müqavilənin 3 illik olması daha məqsəduyğundur. Çünki hər şey çox dinamik inkişaf edir, təkcə idmanda deyil, digər sahələrdə də dəyişikliklər sürətlə gedir".

"Report" xəbər verir ki, bunu "Formula 1" Şirkətlər Qrupunun baş icraçı direktoru Çeyz Kerri Bakı Şəhər Halqası ilə 2023-cü ilə qədər nəzərdə tutulan yeni müqavilənin imzalanma mərasimindən sonra mətbuat konfransında deyib.

O, bildirib ki, gələcəkdə sözləşmənin müddəti uzadıla bilər: "Müqavilənin uzadılması qarşılıqlı fayda kontekstində düzgün qərardır. Gələcəkdə lazım gələrsə, yeni müqavilə də bağlaya bilərik".

Son xəbərlər

Orphus sistemi