Beşqat olimpiya çempionu karyerasını başa vurdu

Beşqat olimpiya çempionu karyerasını başa vurdu Fransalı biatlonçu Marten Furkad karyerasını başa vurub.
Fərdi
13 Mart , 2020 23:29
Beşqat olimpiya çempionu karyerasını başa vurdu

Fransalı biatlonçu Marten Furkad karyerasını başa vurub.

"Report"un məlumatına görə, bu barədə 31 yaşlı idmançının özü açıqlama verib. "Vida zamanı yetişdi", - deyə Furkad şəxsi "Twitter" hesabında yazıb. 

Onun son yarışı hazırda Finlandiyanın Kontiolahti şəhərində keçirilən Dünya Kubokunun 8-ci mərhələsi ola bilər.

Qeyd edək ki, Marten Furkad 5 qat olimpiya, 13 qat dünya çempionu, Dünya Kubokunun 7 qat qalibidir. O, qazanılmış mükafat sayında biatlon tarixində birinci yeri tutur. 

Son xəbərlər

Orphus sistemi