Bakıda Pençak silat döyüş sənəti üzrə respublika çempionatı keçiriləcək

Bakıda Pençak silat döyüş sənəti üzrə respublika çempionatı keçiriləcək Yarışda Azərbaycan və bir sıra digər ölkələrdən təxminən 500 idmançı iştirak edəcək
Fərdi
29 Aprel , 2016 16:51
Bakıda Pençak silat döyüş sənəti üzrə respublika çempionatı keçiriləcək

Bakı. 29 aprel. REPORT.AZ/ Bakıda ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş Pençak silat döyüş sənəti üzrə 10-cu respublika çempionatı keçiriləcək.

İndoneziyanın Azərbaycandakı səfirliyindən "Report"a verilən məlumata görə, çempionat 30 aprel - 1 may tarixlərində keçiriləcək.

Ümumilikdə yarışda Azərbaycan və bir sıra digər ölkələrdən təxminən 500 idmançı iştirak edəcək.

Qeyd edək ki, Pençak silat İndoneziyanın döyüş sənəti sayılır.

Son xəbərlər

Orphus sistemi