Yuxarı
    Bağlamaq

    Bakıda Pençak silat döyüş sənəti üzrə respublika çempionatı keçiriləcək

    Yarışda Azərbaycan və bir sıra digər ölkələrdən təxminən 500 idmançı iştirak edəcək

    Bakı. 29 aprel. REPORT.AZ/ Bakıda ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş Pençak silat döyüş sənəti üzrə 10-cu respublika çempionatı keçiriləcək.

    İndoneziyanın Azərbaycandakı səfirliyindən "Report"a verilən məlumata görə, çempionat 30 aprel - 1 may tarixlərində keçiriləcək.

    Ümumilikdə yarışda Azərbaycan və bir sıra digər ölkələrdən təxminən 500 idmançı iştirak edəcək.

    Qeyd edək ki, Pençak silat İndoneziyanın döyüş sənəti sayılır.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi