Bakıda idman gimnastikası üzrə Dünya Kubokuna yekun vurulub - YENİLƏNİB

Bakıda idman gimnastikası üzrə Dünya Kubokuna yekun vurulub - YENİLƏNİB Bakıda keçirilən idman gimnastikası üzrə kişi və qadınlar arasında Dünya Kubokuna yekun vurulub.
Fərdi
17 Mart , 2019 15:58
Bakıda idman gimnastikası üzrə Dünya Kubokuna yekun vurulub - YENİLƏNİB

Bakıda keçirilən idman gimnastikası üzrə kişi və qadınlar arasında Dünya Kubokuna yekun vurulub.

"Report" xəbər verir ki, turnirin son günündə qadınların sərbəst hərəkətlər üzrə final mərhələsində ABŞ idmançısı Ceyd Keri 14.600 xal toplayaraq qızıl medal əldə edib.

Yaponiyalı idmançı Kohey Kameyama dəstəli at üzrə final mərhələsində 15.233 xal toplamaqla birinci yeri tutub.

Qadınların gimnastika tiri üzrə yarışda avstraliyalı idmançı Emma Nedov 14.100 xalla rəqiblərini qabaqlayıb.

Kişilərin dayaqla tullanma yarışında koreyalı idmançı Hakseon Yanq 14.970 xalla fəxri kürsünün birinci pilləsinə yüksəlib.

Beləliklə, ABŞ yığması 2 qızıl medalla komanda hesabında qalib olub. Bir qızıl, bir gümüş və eyni sayda bürünc medal əldə edəm Rusiya ikinci yeri tutub. "Üçlüy"ü bir qızıl və 2 "bürünc"lə Çin qapayıb.

Qeyd edək ki, yarış “Tokio-2020” Yay Olimpiya Oyunlarına təsnifat xarakteri daşıyır. Ümumilikdə 41 ölkədən 170 gimnast mübarizə apardığı turnirdə Azərbaycan 4 idmançı ilə təmsil olunub. Onlardan Nikita Simonov gümüş medal qazanıb. Marina Nekrasova, Murad Ağarzayev və İvan Tixonov fəxri kürsüyə yüksələ bilməyiblər. 


***13:00

Bu gün Bakıda keçirilən idman gimnastikası üzrə Dünya Kubokuna yekun vurulacaq.

"Report" xəbər verir ki, turnirin son günündə Azərbaycan idmançılarından Marina Nekrasova mübarizə aparıb.

O, gimnastikası tiri yarışında 11.366 xallıq nəticə ilə 7-ci olub.

Qeyd edək ki, yarış “Tokio-2020” Yay Olimpiya Oyunlarına təsnifat xarakteri daşıyır. Ümumilikdə 41 ölkədən 170 gimnast mübarizə apardığı turnirdə Azərbaycan 4 idmançı ilə təmsil olunub. Onlardan Nikita Simonov gümüş medal qazanıb. Murad Ağarzayev və İvan Tixonov fəxri kürsüyə yüksələ bilməyiblər.

Son xəbərlər

Orphus sistemi