Yuxarı

Bakıda “Formula-1” üzrə konfrans keçiriləcək

“Formula-1” rəsmisi yarışın bilet satışındakı güzəştlərlə bağlı da danışıb

Bakı. 31 yanvar. REPORT.AZ/ Fevralın 15-də Bakıda "Əsas idman tədbirlərinə ev sahibliyi etməyin qazancı" (Benefits of the hosting major sports events) adlı konfrans keçiriləcək. "Report" xəbər verir ki, bu barədə “Formula-1” üzrə Avropa Qran-pri yarışlarının milli mətbuat katibi Nigar Arpadarai bildirib. 

Onun sözlərinə görə, tədbirdə təşkilatçılar, hökumət və biznesi təmsil edən digər şəxslər iştirak edəcək.

“Formula-1” rəsmisi həmçinin yarışın bilet satışındakı güzəştlərlə bağlı da danışıb:

"Biz Bakıda keçiriləcək Formula 1 yarışlarını izləmək istəyən "AmCham" üzvləri üçün xüsusi endirimlər edəcəyik".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi