"Bakı Marafonu"nun iştirakçısı paralimpiya yarışlarında iştirak edəcək

"Bakı Marafonu"nun iştirakçısı paralimpiya yarışlarında iştirak edəcək Milli Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimov Bakı və Paris marafonlarının iştirakçısı Elşən Quliyevi qəbul edib
Fərdi
5 Dekabr , 2017 17:04
Bakı Marafonunun iştirakçısı paralimpiya yarışlarında iştirak edəcək

Bakı. 5 dekabr. REPORT.AZ/ Milli Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimov Bakı və Paris marafonlarının iştirakçısı Elşən Quliyevi qəbul edib.

“Report” xəbər verir ki, görüş zamanı İ.Rəhimov 46 yaşlı atletin nailiyyətləri ilə tanış olub və onun paralimpiya yarışlarında iştirakına qərar verilib.

III qrup əlil olan E.Quliyev 2020-ci il Tokio Yay Paralimpiya Oyunlarına hazırlaşacaq.

Qeyd edək ki, dekabrın 10-da “iRobot” və “Baku Marathon Club”un təşkilatçılığı ilə Dənizkənarı Milli Parkda 10 km məsafəyə qaçış təşkil ediləcək. Yarış saat 10:00-da start götürəcək.

Son xəbərlər

Orphus sistemi